Rəşad Sadıqov dünyanın ən yaxşı futbolçuları arasında

resad-sadiqov-dunyanin-en-yaxsi-futbolculari-arasinda
Oxunma sayı: 653

“Qafqazinfo” Apasport.az saytına istinadən məlumatına görə, siyahıda azərbaycanlı futbolçunun da yer almağı diqqətiçəkən məqamdır. Belə ki, “Qarabağ”ın və milli komandamızın 30 yaşlı kapitanı Rəşad Sadıqov Avropanın 79 futbolçusu arasında yer alıb. Müdafiəçi 71 səslə 44-cü pillədə yer alıb.

Rəşad almaniyalı Sami Hedira (“Real”), hollandiyalı Aryen Robben (“Bavariya”), portuqaliyalı Nani (“Mançester Yunayted”) kimi ulduz futbolçuları qabaqlayır. Sadıqovu 1 pillə “Liverpul”un və Türkiyə yığmasının yarımmüdafiəçisi Nuri Şahin 113 səslə qabaqlayır. Avropadan ilk 9 yeri tutan futbolçu növbəti mərhələyə çıxıb ki, kapitanımız onlar sırasında yer almayıb.

Qeyd edək ki, dünyada ən populyar futbolçu 121942 səslə İranın “Persepolis” klubunun və milli komandasının oyunçusu Mehdi Mahdavikiyadır.