Rəşad Sadıqov “Range Rover”lə qəzaya düşdü

resad-sadiqov-range-roverle-qezaya-dusdu
Oxunma sayı: 6957

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib.

“Qafqazinfo” yenicag.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Belə ki, Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov, “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib. O, idarəetməni itirərək avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin “Range Rover” markalı maşını əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb.

Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, məlumatı Ağdam klubundan da təsdiqləyiblər.