Rəşad Sadıqov UEFA-nın “5-liy”ində

Rəşad Sadıqov UEFA-nın “5-liy”ində
Oxunma sayı: 34

"Qarabağ”ın kapitanı Rəşad Sadıqov avrokubokların təsnifat mərhələlərində ən çox oyun keçirən futbolçular siyahısına düşüb. “Qafqazinfo” xəbər verir ki, bu haqda UEFA-nın saytında dərc olunan yazıda bildirilib.

Sadıqov “Neftçi”, “Kayserispor” (Türkiyə) və “Qarabağ”ın heyətində ilkin mərhələlərdə avrokuboklarda 55 oyun keçirib. Bu göstərici ilə 35 yaşlı müdafiəçimiz siyahıda belaruslu hücumçu Vilali Rodionovla (BATE) birgə 3-4-cü yerləri bölüşdürüb.

Serbiyalı Saşa İliç (“Partizan”, “Qalatasaray”, “Zalsburq”, 69 oyun) 1-ci, yunan Kostas Xaralambides (APOEL, “Panatinaikos”, AEK Larnaka, 57 oyun) isə 2-cidir.

UEFA "TOP-5"liyini 52 oyunla isveçli Stefan İşizaki (AİK, “Elfsborq”, “Volerenqa”) tamamlayıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi