Rəşad Sadıqov vida matçına çıxacaq - Rəsmi

Rəşad Sadıqov vida matçına çıxacaq
Oxunma sayı: 2708

DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.

“Qafqazinfo” xəbər verir ki, AFFA-nın saytına fikrini bildirən R. Sadıqov Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: 

“Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi