Rəşad Sadiqov “Zirə”də

resad-sadiqov-zirede
Oxunma sayı: 1279

Növbəti mövsümə hazırlığı davam etdirən “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. 

“Qafqazinfo” xəbər verir ki, təcrübəli futbolçu Rəşad Sadiqov “qartallar”ın sıralarına qoşulub. Sadiqovla bir illik müqaviləyə imza atılıb. 

Qeyd edək ki, karyerası ərzində “Şəfa”, “Qarabağ”, “Neftçi”, MOİK, “Xəzər Lənkəran” və “Qəbələ” klublarının formasını geyən Rəşad milli komandamızda da çıxış edib.