Rəşad Sadıqovun debütü 2-0 uduzmaqla başladı - Yenilənib

resad-sadiqovun-debutu-2-0-uduzmaqla-basladi
Oxunma sayı: 2725

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, millimiz səfərdə Kosovo yığması ilə qarşılaşacaq.

Bu, komandamızın yeni baş məşqçisi Rəşad Sadıqovun rəhbərliyi altında ilk rəsmi oyun olacaq.

Qeyd edək ki, bunadək qrupda keçirdiyi 5 oyunun 4-də məğlub olan və birində heç-heçə edən millimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Millimizin yer aldığı 5-ci qrupda bu gün daha bir görüş baş tutacaq. Lider Almaniya doğma meydanda İsraillə qarşılaşacaq.

 

AÇ-nin seçmə mərhələsi, 5-ci qrup

22 mart

22:00. Kosovo - Azərbaycan

Baş hakim: Donald Robertson (Şotlandiya).

Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu.

Kosovo: 1. Visar Bekay, 3. Arian Kabaşi, 4. Besfort Kolqeci (k), 5. Ardian İsmayli, 6. Dren Feka, 7. Valmir Suleymani, 8. Florent Hasani, 10. Ron Broya, 13. Lirim Mema, 19. Mirlind Daku, 20. Kamer Krasniqi

Ehtiyat oyunçular: 12. Floryan Smakiqi, 9. Mendurim Hoti, 11. Meriton Korenika, 15. Muharrem Yaşari, 17. Ylber Maloku, 22. Kuştrim Şabani, 23. Arbenit Cemayli

Baş məşqçi: Rafet Prekazi

 

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sərtan Taşkın, 3. Cabir Əmirli, 4. Bəhlul Mustafazadə (k), 5. Elvin Sərkərov, 6. Qismət Alıyev, 7. Ehtiram Şahverdiyev, 9. Ramil Şeydayev, 10. Mahir Mədətov, 19. Fəhmin Muradbəyli, 23. Hacıağa Hacıyev

Ehtiyat oyunçular: 1. Abdulla Seyidəhmədov, 8. Budaq Nəsirov, 13. Murad Qayalı, 15. Ülvü İskəndərov, 17. Ozan Can Kökcü, 20. Ömər Buludov, 21. İlkin Muradov

Baş məşqçi: Rəşad Sadıqov

Turnir cədvəli:

Almaniya – 12

İrlandiya – 10

Norveç – 8

İsrail – 7

Kosovo – 7

Azərbaycan – 1.

***

Yığmamız səfərdə Kosovo ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Bu, baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında komandamızın ilk rəsmi oyunu olub. 

22:00. Kosovo – Azərbaycan - 2:0 
Qollar: Florent Hasani, 16, Besfort Kolgeci, 61
Baş hakim: Donald Robertson (Şotlandiya)
Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu