Rəşad Sadıqovun ilk sınağı

resad-sadiqovun-ilk-sinagi
Oxunma sayı: 968

Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası Antalya toplanışı çərçivəsində ilk oyununu keçirəcək. “Qafqazinfo” xəbər verir ki, millimiz “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu,  Rəşad Sadıqovun yığmada baş məşqçi kimi ilk sınağı olacaq.

Xatırladaq ki, U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. 

16 yanvar

17:00 Azərbaycan U-21 - Alanyaspor U-21