Rəşad Sadıqovun komandası darmadağın oldu

Rəşad Sadıqovun komandası darmadağın oldu
Oxunma sayı: 3883

Bu gün “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Rəşad Sadıqovun komandası səfərdə "Çelsi"dəki həmyaşıdları ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.

12 sentyabr
UEFA Gənclər Liqası
16:05. "Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan)


"Çelsi” klubunun təlim-məşq mərkəzinin stadionu
Hakimlər:Robert Hennessi, Darraq Kiqan, Darren Keri

Artıq qarşılaşma üçün heyətlər açıqlanıb:

“Çelsi”: Kamminq, Ceyms, Kolli, Çaloba, Dasilva, Ampadu, Sterlinq, Makkormik (k), Teylor-Krossdeyl, Meddoks, Xadson-Odoi

Ehtiyat oyunçular: Bulka, Familio-Kastilyo, Braun, Makikran, Qei, Qallaxer, Qrand

“Qarabağ”: Məmməd Hüseynov, Turan Manafov, Süleyman Əhmədov, Oliver Stoymenovski,Zaur Fərzəliyev (k), Əsgər Hüseynov,İbrahim Qədirzadə, İbrahim Əliyev,  Elçin Əsədov,Boyan Miovski,Yusif Həsənov

Ehtiyat oyunçular: Rəhim Rəhimli, Rahid Ağazadə, Ülvi İbrahimov, Əli Əliyev, Famin Əliyev, İbrahim Hüseynov, Taleh Rzayev

Matçın start fiti verildi

***

Qurban Qurbanovun oğlu Musa Qurbanlı matçın iştirak ərizəsinə salınmayıb.

***

Görüşün birinci hissəsində hesab açılmayıb.

Hazırda matçın ikinci hissəsi davam edir.

***

İbrahim Qədirzadə 49-cu dəqiqədə qırmızı vərəqə alıb.

***

54-cü dəqiqədə Hudson Odoi qol vuraraq "Çelsi"ni önə keçirib.

***

63-cü dəqiqədə Luk MakKormik hesab arasındakı fərqi 2-yə çatdırıb.

***

Luk MakKormik  71 və 74-cü dəqiqədə vurduğu qollarla komandasını 4-0 önə keçirib.

***

80-ci dəqiqədə Çarli Braun 5-ci qolu vurub.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi