Rəşad Sadıqovun komandası yenə qələbəyə həsrət qaldı - Video

resad-sadiqovun-komandasi-yene-qelebeye-hesret-qaldi
Oxunma sayı: 1214

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti matçını keçirib.

“Qafqazinfo” xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız Makedoniya ilə görüşüb.

Matçın 5-ci dəqiqəsində hesabı millimiz açsa da, bu üstünlüyü sona qədər qorumaq mümkün olmayıb. 87-ci dəqiqədə Makedoniya bərabərlik qolunu vurub və matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycanın və Makedoniyanın U-20 komandaları mayın 27-də yenə qarşılaşacaqlar. Millimiz bundan öncə Gürcüstana 1:2 hesabı ilə məğlub olmuşdu.

Azərbaycan (U-20) – Makedoniya (U-20) - 1:1

Qollar: Kamran Əliyev, 5 - Filip Trayanovski, 87