Rəşadət Babayevdən o fotoya reaksiya- - “Polisi biabır etmək istəyirlər…”

resadet-babayevden-o-fotoya-reaksiya-
Oxunma sayı: 9409


Məhəllə sakinləri  məsələyə etiraz edərək bunun qeyri-qanuni olduğunu bildirdikdən sonra yol polisi ərazidən uzaqlaşıb.

Qeyd edək ki, sözügedən  fotonun sosial  şəbəkədə müzakirəsi zamanı şəhər sakinləri də belə halların paytaxtda tez-tez baş verdiyini qeyd edir və bundan narahat olduqlarını dilə gətirirlər. Onlar paytaxtın Yasamal  rayonu, o cümlədən Günəşli qəsəbəsində də anoloji halların şahidi olduqlarını vurğulayırlar.

“Qafqazinfo” məsələnin aktuallığını nəzərə alaraq Bakı şəhər DYP-nin rəis müavini Rəşadət Babayevlə əlaqə saxlayıb. R. Babayev bildirib ki, Memar Əcəmi metrosunun arxasındakı məhəllədə heç də sakinlərin qeyd etdiyi kimi hadisə baş verməyib: “Onlar bu məsələni şişirdirlər. Hazırda 99 YP 473 nömrə nişanlı xidməti avtomobilin ekipaj üzvləri mənim yanımdadırlar. İnspektorlar bildirir ki, Əcəmi metro stansiyasının yaxınlığındakı  Hüseynbala Əliyev və 20 Yanvar küçəsində xidmət apararkən dayanma durma qaydalarını pozan sürücülərə qarşı tədbir görüblər. Bu zaman yol polisi  bir sürücünün qoşa xətti keçərək  binanın həyətinə girməsini görüb.  Polis bu zaman sürücünün arxasınca düşüb. Qayda pozan sürücü də döndüyü yerdə saxlanılıb, barəsində tədbir görülüb.

Məlumatda yazılıb ki, inspektorlar məhəllədə dayanma durma qaydasını pozan sürücülərə qarşı tədbirlər görüb. Qeyd edim ki, məhəllədə bu qaydanı pozan sürücülər olmayıb. Orada qoşa xətti tapdalayan sürücü olub, o da dönərkən saxlanılıb və barəsində tədbir görülüb”. 

Rəis müavini qeyd edib ki, hadisə yerində  heç bir insident baş verməyib və  məhəllə sakinləri də məsələyə etiraz etməyiblər: “Həmin ərazidə yazılan protokolların hamısının kopyası bizdə var.  Yazılanlar cəfəngiyyatdır. O şəkilləri Dövlət Yol Polisinə qarşı qərəzli mövqe tutanlar çəkiblər. Harada qoşa xəttin, nişanların tələbləri pozulursa polis ona qarşı tədbir görməlidir. Yoxsa elə özbaşına buraxaq, qoyaq  kim necə istəyir ordan dönsün, nişanın altında saxlasın. Belə şey olmaz axı.  

Elə buna görə də çox vaxt barəsində protokol yazılan vətəndaşlar dövlət yol polisinin əməkdaşlarından əvəz çıxmaq, onu hansısa fotomateriallarla biabır etmək, qorxutmaq istəyirlər. Amma bilin ki, heç vaxt yol polisi qorxmayacaq, bundan da artıq qayda pozan sürücülərə qarşı tədbir görəcək”.

Günel Türksoy

“Qafqazinfo”