“Rəşadın həbsdən çıxmağını gözləyirəm” - Oğlu ölən ata

“Rəşadın həbsdən çıxmağını gözləyirəm”
Oxunma sayı: 6226

Bakı Ağır Cinayətlər Məhkəməsində əmisi oğlunu öldürməkdə təqsirləndirilən Rəşad İsgəndərovun məhkəməsi keçirlib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mayıl Bayramovun icraatında olan prosesdə R.İsgəndərov ifadə verərək hadisənin necə baş verdiyini danışıb: “Pərvizlə mən Bakya işləməyə gəlmişdik. Türkan qəsəbəsində fəhləlik edirdik. Bir gün günorta yeməyində araq da içdik. Həmin vaxt söhbət edən də Pərviz “mənim sənə çox xeyrim dəyib” dedi. Mən isə razılaşmadım və özümün ona daha çox xeyir verdiyimi dedim. Buna görə mübahisə etdik və birlikdə marketə siqaret almağa getdik. Bu vaxt Pərviz məni söydü, nar kəsmək üçün götürdüyüm bıçaqla ona bir zərbə vurdum, ürəyindən dəydi. O yerə yıxıldı, ikimiz də sərxoş idik, həmin vaxt da nə baş verdiyini bilmədim. Təcili yardım gələnə kimi o öldü. Çox peşmanam”.

Mərhum P.İsgəndərovun atası Məzahir İsgəndərov ifadə verərək qardaşı oğlundan şikayətçi olmadığını deyib: “Olan olub, daha oğlumu geri qaytara bilmərəm. Rəşadın həddi-buluğa çatmış övladı olsaydı, bala acısının nə olduğunu ona göstərərdim. Allah mənə vaxt versin, Rəşadın türmədən çıxmağını gözləyirəm”.

Bu zaman hakim M.İsgəndərova xəbərdarlıq edib və onun sözünü kəsib.

Proses martın 29-da davam etdiriləcək.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi