Rəşid Behbudovun qızı anasının məclisinə gələ bilmədi - Foto

Rəşid Behbudovun qızı anasının məclisinə gələ bilmədi
Oxunma sayı: 158

Xəbər verdiyimiz kimi, mərhum xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, mərhumla vida mərasimi Təzə Pir məscidində keçirilir. Mərasimdə Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli iştirak edir. 

Bundan başqa, Ceyran Behbudova ilə vidalaşmaq üçün Musiqili və Komediya Teatrının rəhbəri Əliqismət Lalayev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, aktrisa Şükufə Yusifova da məscidə gəlib. 

Rəşid Behbudovun qızı Rəşidə Rəşid səhhəti ilə əlaqədar olaraq anasının vida mərasiminə qatılmayıb. 

Elvin Elxan

Foto: Kamil Əmirli













Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi