Rəsmi Bağdad Kürdüstanda referendumun keçirilməsini rədd edib

resmi-bagdad-kurdustanda-referendumun-kecirilmesini-redd-edib
Oxunma sayı: 838

Rəsmi Bağdad o Kürdüstanda referendum rədd edir.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İraqın Rusiyadakı səfiri Heydər Hadi bildirib.

“İraq kürdlərinin sentyabrın 25-nə nəzərdə tutduğu referendum keçirilməsi İraq hökuməti tərəfindən rədd edilir. Bu, konstitusiyamıza da ziddir”,-deyə səfir “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

İraq Kürdüstan muxtar hökumətinin İraqdan ayrılmaq üçün keçirməyə hazırlaşdığı referendum rəsmi Bağdad, həmçinin Tehran və Vaşinqton tərəfindən də tənqid edilib.

Bundan əvvəl İraq Kürdüstanın rəhbəri Məsud Bərzani bəyan edib ki, kürdlər sentyabrın 25-nə nəzərdə tutulan müstəqillik haqqında referendumu təxirə salmaq niyyətində deyil.