Rəsmi Moskvadan Azərbaycanda prezident seçkilərinə - Reaksiya

Rəsmi Moskvadan Azərbaycanda prezident seçkilərinə
Oxunma sayı: 6783

“Azərbaycanda prezident seçkiləri bu suveren ölkənin daxili işidir”.

“Qafqazinfo”nun rus KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nzirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  erməni jurnalistin Azərbaycanda prezident seçkilərinin vaxtının dəyişdirilməsinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə təsir göstərə bilməsi barədə sualını şərh edərkən bildirib.

M. Zaxarova qeyd edib ki, seçkilərin vaxtının dəyişdirilməsinin motivləri, formatı və səbəbləri barədə şərhlər üçün ilk növbədə Azərbaycan tərəfinə müraciət etmək lazımdır: “Azərbaycan hökuməti isə artıq bu suala cavab verib”.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi