Rəsmi Moskvadan Qarabağla bağlı növbəti - Açıqlama

resmi-moskvadan-qarabagla-bagli-novbeti
Oxunma sayı: 4218

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında razılaşmaların həyata keçirilməsində aktiv iştirak edir”.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın bu il keçiriləcək prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ilə görəcəyi işlərlə bağlı suala cavabında bildirib.
 
“Ümid var ki, bu münaqişə həllini tapacaq. Hamı bilir ki, biz bu məsələyə diqqət ayırırıq. Xüsusilə tərəflərin planlaşdırdığı bütün işlərin həyata keçirilməsində fəal iştirak edirik", - deyə M. Zaxarova vurğulayıb.