“Rəsmi şəkildə evlidir, amma...” - Ebru

resmi-sekilde-evlidir-amma
Oxunma sayı: 643

Bir neçə gündür ki, Türkiyə gündəmini zəbt edən Ebru Şallı açıqlama verib. 

“Qafqazinfo” habertürk-ə istinadən xəbər verir ki, model evli olan Uğur Akkuş barədə münasibəti barədə ilk dəfə danışıb:

“Belə olmağını kim istəyər ki? Başa düşməyəcəyiniz qədər üzgünəm. Yata bilmirəm, ailəm çox pisdir. Anam yanımdadır, ağlayırıq. Atam isə xəstəxanadadır. Həmişə dik durmuşam, pozitiv olmuşam. Amma bu dəfə elə ola bilmədim. Kağız üstündə evlidir, münasibətləri 3 il əvvəl bitib, iki övladı var. Bunları bilirəm. O, məşhur biri deyil, olmaq fikri də yoxdur. Üç ildir ki, boşanmaq istəyir. Rəsmi şəkildə evlidir, amma ayrı yaşayır”.