Rəsmi statistikanın inkişafına dair dövlət proqramı təsdiqləndi

resmi-statistikanin-inkisafina-dair-dovlet-proqrami-tesdiqlendi
Oxunma sayı: 727

Azərbaycan prezidenti İlham Əliyev “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
 
“Qafqazinfo”nun məlumatına görə, Dövlət Statistika Komitəsinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə və Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
 
Maliyyə Nazirliyi isə Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə hər il dövlət büdcəsi tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etməlidir.