Rəsmi talismanlar Cırtdan və Bəbir oldu - Foto

resmi-talismanlar-cirtdan-ve-bebir-oldu
Oxunma sayı: 1686

Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019” Əməliyyatlar Komitəsi iyulun 21-27-də Bakıda keçiriləcək bu tədbirin talismanlarını təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki, rəsmi talismanlar Cırtdan və Bəbir nəzərdə tutulub. 

Azərbaycan dilindən tərcümədə “kiçicik” mənası daşıyan balaca oğlan Cırtdan Azərbaycanda uşaqların ən populyar nağıl personajıdır. Qafqaz bəbiri isə ölkənin təbiətinin zənginliyini təşviq edəcək. 

Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un rəsmi şüarı isə “Zirvələrə Hazırıq” sözləridir.