Respondentlər nazirlikdən razıdır

respondentler-nazirlikden-razidir
Oxunma sayı: 657

İctimai Birlikdən “Qafqazinfo”ya verilən məlumata görə, layihə çərçivəsində respondentlərə onların həyat səviyyəsi, təhsil, sağlamlıq, sosial təminat, yaşayış, əmək hüquqlarının təmin olunması ilə bağlı bir neçə sual verilib.

Ümumilikdə 300 nəfər arasında keçirilən rəy sorğusuna 180 nəfər qadın cəlb edilib ki, bu da ümumi respondentlərin 60%-ni təşkil edib. Sorğuda iştirak edən 120 (40%) nəfər isə əks tərəfin cinsinə mənsub olub.

Respondentlərin 57 nəfəri (19%) 18-34 yaş, 114 nəfəri (38%) 35-54 yaş, 108 nəfəri (36%) 55-74, 21 nəfəri (7%) isə 75-dən yuxarı yaş kateqoriyalarına aid olublar.

“Bu gün əlillərə cəmiyyətin həyatında iştirak etmək üçün digər vətəndaşlarla bərabər imkanlar yaradılırmı?” sualına respondentlərin 162 nəfəri (54%) “Bəli, çünki onlar bizim cəmiyyətin bir parçasıdırlar”, 126 nəfəri (42%) “Xeyr, bir çox hallarda onlardan sadəcə uzaq durmağa çalışırlar” və 12 nəfəri (4%) isə “Cavab verməyə çətinlik çəkirəm” cavablarını veriblər.

“Müharibə əlillərinin pensiya təminatı sizi qane edirmi?” sualına respondentlərin 105 nəfəri (35%) “Tamamilə qane edir”, 75 nəfəri (25%) “Tamamilə qane etmir”, 72 nəfəri (24%) “Nisbətən qane edir”, 30 nəfəri (10%) “Nisbətən qane etmir”və 18 nəfəri (6%) isə “Cavab verməyə çətinlik çəkirəm” cavablarını qeyd ediblər.

“Qaçqın və məcburi köçkünlərin işlə təmin edilmə dərəcəsindən razısınızmı” sualını respondentlərin 135 nəfəri (45%) “Bəli”, 72 nəfəri (24%) “Xeyir”, 72 nəfəri (21%) “Təklif olunan işlərin sayı çox olsa daha yaxşı olar” və 30 nəfər (10%) isə “Cavab verməyə çətinlik çəkirəm” kimi cavablandırıblar.

“Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə göstərilən tibbi və sosial xidmətin keyfiyyəti sizi qane edirmi?” sualına rəyi soruşulanların 120 nəfəri (40%) “Bəli”, 69 nəfəri (23%) “Xeyr”, 60 nəfəri (20%) “Nisbətən”, 51 nəfəri (17%) isə “Cavab verməyə çətinlik çəkirəm” cavablarını veriblər.

Respondentlərin 174 nəfəri (58%) “Əsir və itkin düşmüş şəxslərin ailələrinə dövlət qayğısı yetərincə göstərilirmi?” sualına “Bəli”, 18 nəfəri (9%) “Xeyr”, 90 nəfəri (30%) “Bu sahə daha da inkişaf etdirilsə yaxşı olar” və nəhayət 9 nəfəri (3%) “Cavab verməyə çətinlik çəkirəm” cavabları ilə kifayətləniblər.

Sorgu zamanı rəyi soruşulanların 96 nəfəri (32%) “Donorlar tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən ərzaq və qeyri-ərzaq yardımına ehtiyac varmı?” sualına “Bizim öz ehtiyatlarımız bizi tam təmin edir” cavablarını veriblər. Respondentlərin 144 nəfəri (48%) bu suala “Var çünki biz hələ gənc ölkəyik”, 60 nəfəri (20%) isə “Cavab verməyə çətinlik çəkirəm” cavablarını veriblər.

“Sizcə əlillərin rahat hərəkəti üçün ictimai yerlərdə lazımı şərait varmı?” sualına respondentlərin 45 nəfəri (15%) “Xeyr, yalnız Bakı şəhərində bu sahə nisbətən inkişaf edib”, 135 nəfəri (45%) “Bəli, bunun üçün xeyli iş görülür”, 99 nəfəri (33%) “Bəli, lakin bu sahədə hələ də problemlər var”, 21 nəfəri (7%) “Cavab verməyə çətinlik çəkirəm” cavablarını veriblər.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğı sizi qane edirmi?” sualına rəyi soruşulanların 181 nəfəri (60,3%) “Bəli, nazirlik bu sahədə böyük işlər görür”, 87 nəfəri (29%) “Xeyir, bu sahədə çatışmazlıqlar var” və 32 nəfəri (10,6%) isə “Cavab verməyə çətinlik çəkirəm” cavablarını veriblər.

“Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən verilən güzəştlər və imtiyazlar barədə məlumatınız varmı?” sualına sorgu keçirilən kontingentin 96 nəfəri (32%) “Bəli, məlumatlıyam”, 144 nəfəri (48%) “Xeyr, bu barədə məlumatım yoxdur” cavablarını vermişlər. Həmçinin 60 nəfər (20%) isə “Yaxşı olardı ki, bu güzəştlər barədə məlumat ictimaiyyətə daha geniş çatdırılsın” cavabları ilə kifayətlənməli olublar.

Sorğunun sonuncu “Sizcə əlillərə göstərilən xidmətlər Avropa standartlarına nə dərəcədə cavab verir?” sualına respondentlərin 90 nəfəri (30%) “Xeyr, bu xidmətlər bizdə hələ zəif inkişaf edib”, 120 nəfəri (40%) “Bəli, bu xidmətlər günü-gündən inkişaf etdirilir” cavabını veriblər. Rəyi soruşulanların 90 nəfəri (30%) bu suala “Bu sahədə xidmətlər daha da təkminləşdirilməlidir” cavabını veriblər.

Sorğu əsasında əldə edilən cavablara istinadən o qənaətə gəlmək olur ki, respublikada əhalinin xüsusi qayğıya ehtiyacı olan hissəsinin, o cümlədən şəhid ailələri, müharibə əlilləri və digərlərinin sosial təminatı sahəsində məqsədyönlü işlər aparılıb və onlar dövlət tərəfindən qayğı ilə əhatə olunublar. Lakin bu sahədə görülən işlərlə kifayətlənmək olmaz və bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsinə ehtiyac var.

Nigar