Respublika çempionatı keçirilib

respublika-cempionati-kecirilib
Oxunma sayı: 647

Çempionatda Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti və Qafqaz Universitetinin komandaları iştirak edib. Yarışın şərtlərinə əsasən ilk mərhələdə orta məktəblərdən 5 komanda, universitetlərdən isə 2 komanda yarışır və qalib komandalar respublika finalında iştirak etmək hüququ qazanır. Finala çıxan bu iki komandanın ikisinin də sahibi Qafqaz Universitetinin tələbələri olub və hər iki komanda dünya çempionatında iştirak etmək haqqı qazanıb.

Məlumat üçün bildirək ki, dünya çempionatının ilk mərhələsi ölkələr arasında virtual olur. Hər bir komanda öz ölkəsində digər ölkə komandaları ilə internet vasitəsilə yarışır. Bu mərhələləri keçən və finala çıxan komanda dünya çempionatının finalına dəvət alır.

Nigar Məmmədli