Restoranda 22 manat xidmət haqqı istədilər

restoranda-22-manat-xidmet-haqqi-istediler
Oxunma sayı: 7672

Bakıda fəaliyyət göstərən  məşhur restoranların birində müştəridən rəsmi olaraq xidmət haqqı çıxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, “Xəzri” ailəvi istirahət mərkəzində müştəriyə təqdim edilən kassa çekində menyunun qiymətindən əlavə, 22 manat xidmət haqqı da göstərilib. Buna görə də, müştəri birlikdə 73 manat pul ödəyib.

 “Qafqazinfo” məsələni aydınlaşdırmaq üçün restoranla  əlaqə saxlayıb. Telefona cavab verən işçi belə bir şeyin mümkünsüz olduğunu qeyd edib. Məsələyə cavab verəcək səlahiyyətli şəxslərin isə iş yerində olmadığını nəzərə çatdırıb. 

Günel Türksoy