Restoranda dava salan Terim - “Yenə olsa, yenə edərəm”

restoranda-dava-salan-terim
Oxunma sayı: 660

Ötən həftə kürəkəni ilə birlikdə restoranda dava edən Türkiyə millisinin baş məşqçisi Fatih Terim hadisə barədə ilk dəfə danışıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fatih Terim davanın kürəkəninin bacısının təhqir edildiyinə görə baş verdiyini bildirib:

“Kürəkənim Əhmədin bacısına təhqir etmişdilər. Mən də həmin adama zəng etdim, telefonda təhqirə davam etdi. Mən də durub oraya getdim. Tək getmək istəyirdim, lakin 2 oğlum mənimlə gəlmək istədi. Lazım olanı etdim və oradan ayrıldım. Söhbət 2 il öncə atası vəfat etmiş və mənə əmanət edilmiş qadından gedir. O, mənim canımdır. Yolda başqa bir qadını da təhqir etsələr, eyni reaksiyanı verərəm. Yenə olsa, yenə edərəm”

F.Terim hadisə zamanı burnunun qırıldığı barədə xəbərlərə isə belə cavab verib:

“Əgər elə bir şey olsaydı söyləyərdim. Allaha şükür 63 ildir başıma gəlməyib”.

Qeyd edək ki, dava “Yüzevlər”lə qonşuluqda yerləşən “Beeves” restoranının sahibi, Fatih Terimin kürəkəni Ahmet Baran Çetinin iki məkan arasına həsir sədd çəkməsindən sonra başlayıb.