Rəsul Quliyevin Partiyası Əli Kərimlini müdafiə etdi

resul-quliyevin-partiyasi-eli-kerimlini-mudafie-etdi
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda bildirilir ki, “Texnikabank”ın Yasmal filialının işçisi olan Elnur Seyidovun hüquqa zidd formada həbs edilməsi onun yaxın qohumu, AXCP sədri Əli Kərimliyə qarşı yönəlmiş təzyiq vasitəsi kimi qiymətləndirilməlidir. “Vəkillərin verdiyi məlumatlardan aydın olur ki, E.Seyidov konkret faktlara söykənmədən və ciddi ittiham olmadan həbs edilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, E.Seyidovun fəaliyyətində hüquqa zidd əməllər olmayıb. Əsassız ittihamlarla təkcə E.Seyidovun deyil, istənilən vətəndaşın cinayət məsuliyyətinə cəlb edilməsi cəmiyyətin hiddətinə və dərin narahatlığına səbəb olur. E.Seyidovla əlaqədar ictimaiyyətə geniş və təfsilatlı məlumat verilmir. Digər tərəfdən qarmaqarışıq və aydın olmayan ittihamlarla həbs onu göstərir ki, bu addım AXCP sədri Əli Kərimlinin fəaliyyəti ilə əlaqədardır və siyasi xarakter daşıyır. ACP qohumluq əlaqələrinə görə AXCP sədrinə yönəlmiş anti-konstitusion hərəkətləri qəti surətdə pisləyir və bunun yolverilməz olduğunu bəyan edir. Tələb edir ki, AXCP sədrinə qarşı bu cür münasibətə son qoyulsun”.