“Rəsulzadəni oynamaq mənim üçün inqilab idi” - Video

resulzadeni-oynamaq-menim-ucun-inqilab-idi
Oxunma sayı: 4380

Məlum olduğu kimi, mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin təqdimatı olub. Sözügedən ekran işi ictimaiyyətin böyük marağına səbəb olub. 

Filmdə cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizəsi əks olunur. Məhəmməd Əmin Rəsulzadənin həmin dövrdəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb.

“Qafqazinfo” əməkdaşları Gənc Tamaşaçılar Teatrında filmin baş qəhrəmanı Elnur Hüseynovla görüşüb. O, “Son iclas”la bağlı təəssüratlarından, tamaşaçıların reaksiyasından, çəkiliş prosesində baş verən hadisələrdən söhbət açıb. 

Aktyor deyib ki, məsuliyyətli bir vəzifəsinin öhdəsindən uğurla gəldiyini və bu rolun onun karyerasında inqilab olduğunu düşünür.

Bu məqamda bildirək ki, bu layihə üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Ümumilikdə, film layihəsi üzərində 700 nəfərlik heyət işləyib.

Elvin Elxan

Video: Nuran Məmmədov