Rəsulzadənin büstü çuvaldan xilas oldu - Fotolar

resulzadenin-bustu-cuvaldan-xilas-oldu
Oxunma sayı: 7643

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular parkında qoyulmuş büstünün başına keçirilmiş çuval bu gün səhər saatlarından etbarən götürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “AZƏRFAKS”a Gəncə sakinlərindən biri məlumat verib. Məlumata görə, hazırda əraziyə 20-yə yaxın texniki işçi cəlb olunub və onlar büstün ətrafında təmizlik işləri aparırlar. "Bu bizim üçün çox xoş bir sürpriz oldu" - deyə, Gəncə sakini bildirib.

Qeyd edək ki, M.Ə.Rəsulzadənin büstü qoyulmuş Dəmiryolçular parkı Nəqliyyat Nazirliyinin balansındadır. Parkda uzun müddət idi ki, təmir işləri aparılırdı. Rəsmi səviyyələrdə verilmiş açılqamalara görə, M.Ə.Rəsulzadənin büstünün üstü də məhz təmir işlərilə əlaqədar örtülübmüş.

Xatırladaq ki, Gəncə şəhərindən seçilmiş millət vəkili Naqif Həmzəyevin M.Ə.Rəsulzadə barədə səsləndirdiyi fikirlər geniş ictimai etiraza səbəb olub.