Rəsulzadənin nəvəsi təltif edildi - Foto

resulzadenin-nevesi-teltif-edildi
Oxunma sayı: 2489

Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadəni də “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edib.

“Qafqazinfo” xəbər verir ki, yubiley medalını R. Rəsulzadəyə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.

Xatırladaq ki, bir qrup elm və təhsil işçiləri, idmançılar da bu medalla təltif olunub.