“Reuters”in jurnalistlərinə 7 il həbs - Rohinca soyqırımından yazıblar

reutersin-jurnalistlerine-7-il-hebs
Oxunma sayı: 911

Myanma məhkəməsi "Reuters"in iki jurnalistinə yeddi il hökm oxuyub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlər milli azlıqlar olan rohinca müsəlmanlarının durumunu işıqlandırıblar. 

Məhkəmə hesab edir ki, agentlik əməkdaşları rohincalar ətrafında cərəyan edən situasiya ilə əlaqədar informasiya toplayarkən dövlət sirri haqqında qanunu pozublar. 

Həbs olunan 32 yaşıl Lon və 28 yaşlı Coe Oo Myanma vətəndaşlarıdır. Onlar 2017-ci ilin dekabrında saxlanılıblar.

"Reuters"in baş redaktoru Stiven Adler baş verənləri agentlik, bütün dünya mətbuatı üçün kədərli gün adlandırıb.