“Rəvan” gələn ildən mübarizə aparmayacaq

revan-gelen-ilden-mubarize-aparmayacaq
Oxunma sayı: 644

“Qafqazinfo” apasport.az saytına istinadən “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyevin açıqlamasını təqdim edir.“Rəvan” “Qarabağ”la oyunun idarəçiliyindən narazıdır. Elçin Məmmədovun Miloş Adamoviçə verdiyi qırmızı vərəqə və İlqar Qurbanovun əlinə dəyən topun penalti sayılmaması paytaxt klubu rəhbərliyini hiddətləndirib.

“Rəvan” gələn ildən Premyer Liqada mübarizə aparmayacaq
Kəpəz”lə oyunda Orxan Məmmədov penaltimizi vermədi. Ancaq gənc hakim olduğu üçün onun səhv edəcəyini düşünüb bu məsələni şişirtmədik”. “Qafqazinfo” apasport.az saytına istinadən “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyevin açıqlamasını təqdim edir.


Şirəliyevin sözlərinə görə, artıq onlara qarşı nöqsanlı hakim idarəçiliklərinin sayı artıb və buna sakit yanaşa bilmirlər: “Əvvəllər də bizim oyunlarda komandamıza qarşı çoxlu kobud idarəçiliklər olub. Əksər vaxt buna etirazımızı bildirsək də, heç vaxt düşünməmişik ki, burda hakimlər qərəz nümayiş etdirib. Fikirləşmişik, hakim də insandır, səhv edə bilər. Ancaq artıq səbr kasamız daşıb. Deyək ki, ötən tur Orxan Məmmədov gənc hakim idi. Axı Elçin Məmmədov təcrübəli hakimdir. Onun gözü qarşısında top 3 metrdən rəqib futbolçunun əlinə dəyir, aşkar şəkildə “çərçivə”yə gedən topun qarşısı alınır. Ancaq təcrübəli referi saydığımız adam haqlı penaltimizi vermir. Buna göz yuma bilmərik. Artıq bu barədə PFL-i məlumatlandırmaq niyyətimiz var”.

“Rəvan”ın vitse-prezidenti klub rəhbərliyinin komandanı Premyer Liqadan çıxarmaqda qərarlı olduqlarını deyir: “Qarabağ”la oyunda komandamız doğrudan da əzmkar oyun nümayiş etdirdi. Ancaq hakimlik xal qazanmağımıza mane oldu. Artıq klubu Premyer Liqadan çəkməkdə qərarlıyıq. Sadəcə olaraq, çempionatın təqviminə ziyan vurmamaq üçün bu mövsümkü çıxışlarımızı davam etdirəcəyik. Ancaq növbəti mövsümdən “Rəvan” Premyer Liqada mübarizə aparmayacaq. Bu, qəti qərarımızdır. Növbəti həftənin əvvəli bu haqda PFL də rəsmi şəkildə məlumatlandırılacaq”.