“Rəvan” “Kəpəz”ə qarşı

revan-kepeze-qarsi
Oxunma sayı: 647

“Qafqazinfo” xəbər verir ki, “Rəvan” autsayder olan “Kəpəz”i qəbul edəcək. 31 xalla 9-cu sırda qərarlaşan “Rəvan” “Kəpəz” üzərində qələbə qazanmaqla ən azı öz mövqeyini möhkəmləndirmək istəyir.”Kəpəz”in isə işi heç ürəkaçıcı deyil. Sonuncu pillədə qərarlaşan Gəncə təmsilçisi məğlub olacağı təqdirdə Premyer Liqa ilə vidaıaşacaq.

3 dəfə Azərbaycan çempionu olan “Kəpəz” bu gün də uduzarsa, Premyer Liqanı tərk edəcəyi rəsmiləşəcək. Çünki Gəncə təmsilçisi 10-cu pillədə qərarlaşan “Sumqayıt”a çatsa belə, şəxsi oyunlarda geri qaldığından onu keçə bilməyəcək. /apasport/

İqbal