“Revolver”i kustar üsulla hazırladı

revolveri-kustar-usulla-hazirladi
Oxunma sayı: 1128

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat keçiriblər. 

“Qafqazinfo” xəbər verir ki, əməliyyatla üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Cəfərzadə saxlanılıb.

Ondan kustar üsulla hazırlanmış “Revolver” tipli tapança və həmin silaha aid 2 patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.