Reyd keçirildi, pozuntular aşkarlandı

reyd-kecirildi-pozuntular-askarlandi
Oxunma sayı: 636

Aşkar edilmiş nöqsanlara qarşı müvafiq qaydada tədbirlər görülür.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yoxlamalar zamanı sayğac göstəricilərində anlaşılmamazlıq, sayğacların qoşulma sxeminin dəyişdirilməsi və digər müdaxilə hallarına aid pozuntu faktı üstünlük təşkil edib.

Sumqayıt EŞ-də may ayında 208 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 908,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 54,5 min manatdan çox istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 10 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Cari ilin 5 ayı ərzində keçirilmiş reydlər zamanı burada 2460-a yaxın qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılıb. Nəticədə 10,4 milyon kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 625,4 min manata yaxın istehlak dəyəri bərpa edilib.

Şamaxı EŞ üzrə isə may ayında 13 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 9,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 184 manat istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilib.
Cari ilin 5 ayı ərzində keçirilmiş reydlər zamanı 87 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 97,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 5,8 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 75 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Nigar Məmmədli