Reyhanın adı “Forbes”də

reyhanin-adi-forbesde
Oxunma sayı: 2009

Dünyanın nüfuzlu nəşrlərindən olan "Forbes" jurnalı yeniyetmə və gənc ixtiraçıların reytinq cədvəlini hazırlayıb.

"Qafqazinfo" xəbər verir ki, ilk dəfə olaraq Azərbaycan təmsilçisi də bu hesabata daxil edilib. "Forbes"in hesabatına ən gənc ixtiraçılardan biri kimi daxil edilən "İstək" liseyinin şagirdi Reyhan Camalovanın yağış suyundan enerji istehsal edən "Reynerci" ("Rainergy") qurğusu ən diqqət çəkən ixtiralardan biri olub.

Qeyd edək ki, 15 yaşlı Reyhan Camalova ixtirası ilə İvanka Trampın rəğbətini qazanıb Ötən ilin noyabr ayında Hindistanda keçirilən BMT Qlobal Sahibkarlıq Sammitində ABŞ prezidentinin qızı İvanka Tramp çıxışında Reyhanı bu layihəyə görə alqışlamışdı.