Reynaldo “İrtış”da da qalmadı

reynaldo-irtisda-da-qalmadi
Oxunma sayı: 1544

“Qarabağ”dan ayrıldıqdan sonra “İrtış”a transfer olunan Reynaldo bu klubla da vidalaşıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan təmsilçisi məlumat yayıb.

Braziliyalının ailə vəziyyəti ilə əlaqədar iyulun əvvəlində bağlanılan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Reynaldo bundan əvvəl Qazaxıstanın “Aktobe” klubunda çıxış etmiş, daha sonra “Qarabağ”a geri qayıtmışdı. Lakin futbolçunun ikinci dəfə Ağdam klubuna dönüşü uğursuzluqla nəticələnmişdi.