Rezidenturaya sənəd qəbulu başladı

rezidenturaya-sened-qebulu-basladi
Oxunma sayı: 644

“Qafqazinfo”nun komisiyanınn saytına istinadən verdiyi məlumata görə, sənəd qəbulu avqustun 24-dək davam edəcək. Bu müddətdə namizəd TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerezidentura) daxil olmalı və oradakı "Namizədin elektron ərizəsi" formasını doldurulmalıdır.

Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib "Namizədin elektron ərizəsi" formasını təsdiq etdirilməlidir.

Azərbaycanda baza ali tibb təhsili olan şəxslər rezidenturaya qəbul olunmaq hüququna malikdirlər.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da keçiriləcək. İmtahanda iştirak etmək üçün namizəd sentyabrın 5-dən 7-dək elektron ərizəsinə daxil olaraq, imtahanın hər bir mərhələsi üçün "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidir.

Eldar