Rezidenturaya sənəd qəbulunun tarixi açıqlandı

rezidenturaya-sened-qebulunun-tarixi-aciqlandi
Oxunma sayı: 635

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, sənəd qəbulu avqustun 15-dək 24-dək aparılacaq.

Abbaszadə deyib ki, qəbul imtahanı iki mərhələdə keçiriləcək. Birinci mərhələ sentyabrın 8-də, ikinci mərhələ isə sentyabrın 9-da olacaq. Rezidentura ilə bağlı bir sınaq imtahanının keçiriləcəcyini deyən komissiya sədri bunun məcburi olmadığını qeyd edib.

Rezidentura ilə bağlı plan yerləri haqqında və digər məlumatlar Rezidentura jurnalının 2-ci sayında dərc olunub.