Riad Bolqarıstanda birinci oldu

riad-bolqaristanda-birinci-oldu
Oxunma sayı: 1398

Azərbaycanlı müğənni Riad Abdulov Bolqarıstanda keçirilən 28-ci Discovery International Pop Festivalda qalib olub. “Qafqazinfo” xəbər verir ki, musiqi yarışmasının builki final mərhələsində Azərbaycan, Malta, İtaliya, Böyük Britaniya, Belarusiya, Türkiyə və digər ölkələr iştirak edib. 

Azərbaycanı təmsil edən həmyerlimiz  “Yenə sözlər” mahnısını ifa edərək münsiflərdən ən yüksək xal toplayıb. Müğənniyə 1-ci yer qazandıran sözügedən mahnı artıq 2 aydan çoxdur ki, Bolqarıstan radiolarında yayımlanır və top 5-liyə düşüb. İki gün öncə Bolqarıstanda "EuroRadio"da qonaq olan müğənni bununla bağlı məlumatı dinləyicilərlə bölüşüb.