Riberi qadın hakimlə zarafatlaşdı - Video

riberi-qadin-hakimle-zarafatlasdi
Oxunma sayı: 646

Almaniya kubokunun 1-ci turu çərçivəsində baş tutan “Kemmitzer” – “Bavariya” matçında maraqlı hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Bavariya”nın fransalı ulduzu Frank Riberi cərimə zərbəzi hazırlığı edərkən qadın hakim Bibiana Steynhausun ayaqqabısının ipini açıb.

Hakim buna görə bir neçə dəfə əli ilə Riberinin kürəyinə toxunub. Fransalı ulduz hakimin sözlü iradlarını isə gülümsəyərək dinləyib.

Qeyd edək ki, matç “Bavariya”nın 5-0 hesablı qələbəsi ilə yekunlaşıb.