“Riçard Almeyda təhlükəli futbolçudur” - Çex futbolçu

“Riçard Almeyda təhlükəli futbolçudur”
Oxunma sayı: 477

Çexiya millisinin futbolçusu Yan Şikora ölkəsinin mətbuatına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- “Slovan”ın heyətində “Qarabağ”a vurduğunuz qolu xatırlayırsınız?

- Həmin qolu çox yaxşı xatırlayıram. Avropa Liqasının qrup mərhələsinin ilk oyununda 11-ci saniyədə vurmuşdum. Karyeramın ən böyük uğurlarından biridir. Tarixə düşdüm. Yenidən bura qol vurmaq üçün gəlmişəm. Amma bu dəfə başqa stadionda oynayacağıq. 

- Bakıdakı atmosfer sizə təsir edirmi?

- Xeyir, “Qarabağ”a qarşı oynayarkən olan atmosfer möhtəşəm idi. İnsanlar oyununda əvvəlindən sonuna kimi əla ab-hava yaratmışdılar. Ümid edirəm ki, yenə eynisi olacaq, amma bu dəfə çexlər qazanacaq. 

- “Qarabağ” Qafqazda böyük klubdur. Üstəlik, bu komandanın 9 üzvü milli komandada oynayacaq. Bu birlik Azərbaycan yığmasının uğur qazanmasına kömək edərmi?

- Xatırladım ki, “Qarabağ”ın heyətində legionerlər çoxluq təşkil edir. Onlar bizə qarşı da xeyli legionerlə oynamışdılar. Ruslar və braziliyalılar bu komandada əsas oyunçulardır. 

- Onlardan biri Riçard Almeydan artıq Azərbaycan vətəndaşıdır...

- Təhlükəli futbolçudur. Cinahlarda və mərkəzdə inamlı oyunu ilə “Slovan”a da xeyli problemlər yaratmışdı. 

- “Qarabağ” Çempionlar Liqasında oynayacaq. Azərbaycan futbolunun inkişaf etdiyini düşünürsüz?

- Biz komanda yoldaşım Mixail Lüftnerlə danışdıq. Çünki o, “Kopenhagen”lə Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı oynamışdı və onlar uduzmuşdular. 

- Göründüyü kimi azərbaycanlıları heyətdə kifayət qədər tanıyan oyunçularınız var...

- Əslində futbol günü-gündən dəyişir. Amma “Qarabağ” bir neçə ildir ki, Azərbaycan çempionu olur. Onların heyətinin əskəriyyəti millidə çıxış edir. Bu müsbət tərəfdən rəqibə üstünlük sayıla bilər. Evdə onlarla 0:0 oynamağımız da pis nəticə idi. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi