Rich Interior zənginliyin meyarını müəyyən etdi - Fotolar

rich-interior-zenginliyin-meyarini-mueyyen-etdi
Oxunma sayı: 1932

Mehin yellədiyi zərif tül pərdəli geniş pəncərə... Üfüqlərə qədər uzanan sakit və mavi dəniz... Bol Günəş işıqlı nəhayətsiz əngin səma... Rahatlığın hökm sürdüyü zəngin məkanlar... Yalnız divar saatının səsi zamanın axış ritmini xatırladır. Həyat gözəldir, deyilmi? Zəngin həyat isə ondan da gözəldir.

Bəşəriyyət əsrlər boyu təkamül zəminində gözəlliyin kamilliyinə doğru yolda inadla irəliləmiş və həmişə rahat həyat tərzinin parametr çərçivəsini  genişləndirib. Bu yönümdə sivilizasiya üç əsas trend magistralında inkişaf edib.

Bu trendlər hansılardır?

• Birincisi, insanlığın inkişaf yolunda diqqəti cəlb edən amillərdən biri geyimlərin təşəkkülü, təkamülü və müasir qavramda daha sürətli tərəqqisidir.

• İkincisi, qlobal baxımdan qarşılıqlı sürətdə zənginləşməyə meylli olan mətbəx mədəniyyətinin aktuallıq qazanmasıdır.

• Üçüncüsü, insanların yaşayışında unikal rol oynayan, son 15 il ərzində möhtəşəm addımlar atan memarlıqdır.

Bu gün tamamilə yeni zəmində memarlığn  təşəkkül tapdığı mərhələni yaşayırıq.  İndiki tarixi kəsimdə memarlıq və şəhərsalma, texnologiyanın insan həyatının hər sahəsinə müdaxiləsi ilə seçilir. Üstəlik də, inteqrativ urbanizasiyanın meydana çıxardığı həyat stilinin yeni tendensiyaları əslində ciddi yaradıcılıq axtarışındadır.

Müasir memarlığın daha bir özəlliyi də var.  Bu gün insanın harada yaşamasından asılı olmayaraq, hər bir kəsin arzularının simvolu kimi yaşayış, iş və istirahət məkanlarının interyer perspektivləri mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, müasir və geniş çeşidli yeni materiallar istehsalının industrial inkişafı da vacibdir. Hər üç həyat tərzi elementi sivilizasiyanı daim irəli aparmaqla bərabər, həm fərqli həyat tərzinin, həm də zənginliyin hərəkətverici qüvvələri olaraq qalmaqdadır. 1849-cu ildə əşya dünyasının estetik problemlərinə və layihələşdirilməsinə həsr olunan ilk jurnalı (Journal of Design and Manufactures) buraxan Henri Kol təsəvvür də edə bilməzdi ki, onu narahat edən gözəllik və zənginlik interyer dizaynı formatında indi bu qədər aktual  olacaq və zəruri əhəmiyyət kəsb edəcəkdir.

İnsanın gözəl və geniş məkanlarda rahat həyat sürmək istəyi meşşanlıq deyildir, bu da bir insan haqqıdır. Belə insanlar gözəlliyə vurğun olduqlarından, onlardan ötrü  mənəvi dünyanın zənginliyi çox önəmlidir. Zənginlik bir həyat tərzidir, yaşamaq üçün seçilən və bir sistemə tabe edilən sabit alışqanlıqlar sistemidir.

Səni düşündürən təbii bir sual var: Sənin yaşadığın və yaşayacağın mənzilə mükəmməl rahatlığı və sənin düşündüyün zənginlik dünyasını kim və necə gətirəcək? İlk növbədə evin lokasiyası, təbii-coğrafi relyefdə və memarlıq ansamblında yerləşməsi, habelə mərtəbə və otaq sayı, yardımçı məkanların olması önəmli elementlərdəndir. İkincisi, evin komfort sistemində müasir texnologiyadan yaradıcılıqla və həddi aşmadan, optimal ehtiyaclar çərçivəsində daha qənaətli bəhrələnmə vacibdir. Üçüncüsü, doğru seçimlər arasında eksteryer və interyer işıqlandırılması sisteminin düzgün həlli zəruridir.

Texnologiyanın üstünlüklərindən məharətlə faydalanmanın təmin olunması, materialların keyfiyyətinin ön plana çəkilməsi və məkanın təkrarsız özəlliklərinin üzvi vəhdətinə nail olunma son dərəcə mühüm əhəmiyyət daşıyır. Yaradıcı təfəkkürdən doğan mükəmməl interyer dizaynları memarın istedadından xəbər verirsə, təmir və quraşdırma personalının peşəkarlıq səviyyəsi və zövq mükəmməlliyi son nəticənin təminatçısıdır. Materialların kefiyyətinin ən iddialı alıcı tələblərinə cavab verməsini təmin edən, çatdırılma və quraşdırmanı qüsursuz həyata keçirən, istənilən halda daha sərfəli alternativin təqdimini həyata keçirən, müasir interyer trendlərini qabaqlamağa qadir olan bir ünvan varmı? Biz də işimizə start verməzdən öncə bu sualı özümüzə verdik. Və dedik ki, zəngin məkanlarda mükəmməl rahatlıq istəyən insanların istəklərinin və tələblərinin gülərüzlə qarşılandığı bir məkan olacaq və onu qurmaq bizlikdir. İndi belə bir məkan qapılarını üzünüzə taybayat açır və Sizi xidmətinin səviyyəsi, keyfiyyəti və komfortu ilə razı salacağına əmindir. Rich İnterior sərgi-satış mərkəzinə gəlin, zəngin həyatın sirlərini birgə paylaşaq və zənginlik dünyasını daha da zənginləşdirək.

Ünvan: Babək prospekti 31, Rich Plaza

Telefon: (+994 55) 711 10 10

 www.rich.az