Rihanna Barbadosun səfiri təyin edildi

rihanna-barbadosun-sefiri-teyin-edildi
Oxunma sayı: 2218

Amerikalı müğənni Rihanna Barbadosun təhsil, turizm və investisiya məsələləri üzrə fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Barbadosun baş naziri Mia Motli bildirib. Baş nazir qeyd edib ki, ölkənin şöhrətini dünyada tanıdan həmyerlisi ilə işləmək onun üçün böyük şərəfdir: “Rihanna təkcə tanınmış müğənni deyil, ölkənin siyasətinə fəal təsiri olan biznes ledidir”. 

Qeyd edək ki, Rihanna Barbadosda 16 il yaşayıb. Daha sonra o, müğənnilik karyerasına başlamaq üçün ABŞ-a köçüb.