Rihanna Kardaşyanın yolu ilə gedir...

rihanna-kardasyanin-yolu-ile-gedir
Oxunma sayı: 677

Amerikanın məşhur pop ulduzu Rihanna xarici görünüşü ilə hər kəsi təəccübləndirib. 

“Qafqazinfo” xəbər verir ki, müğənni ötən gün Fransanın Paris şəhərində “Valerian and The City of a Thousand Planets” filminin premyerasına qatılıb. 

Sənətçi filmin baş qəhrəmanı, britaniyalı aktrisa Cara Delevingne ilə qırmızı xalça üzərinə çıxıb. Kameralara poza verən 29 yaşlı ulduzun xeyli çəki alması diqqətdən yayınmayıb. 

Son dövrlər daha çox dekolteli geyimlərə müraciət edən Rihanna xarici görünüşünə görə Kim Kardaşyana bənzədilib. 

Çəhrayi rəngdə qalaya qatılan ifaçı pərəstişkarları tərəfindən tənqidlərə məruz qalıb.