Rihannanın çəkildiyi film nümayiş olundu

Rihannanın çəkildiyi film nümayiş olundu
Oxunma sayı: 69

Avqustun 8-də Park Cinema kinoteatrlar şəbəkəsində LaseR zalı və VIP Lounge-un təntənəli açılış mərasimi baş tutub. Lazer proyektoru ilə təchiz olunmuş yeni zalda məhşur “Leon”, “Beşinci element” və “Lüsi” filmlərinin əfsanəvi rejissoru Lük Bessonun “Valerian və min planetlər şəhəri” adlı fransız fanstastik filmi nümayiş olunub.

"Qafqazinfo" xəbər verir ki, öz açılış nitqində Marketinq üzrə Direktor Musa Axundov Park Cinema kinoteatrlar şəbəkəsinin daima ən son texnoloji yenilikləri izlədiyini və onları Azərbaycanda ilk olaraq quraşdırdığını vurğulayıb. Həmçinin onu da qeyd edib ki, Park Cinema kinosevərlərin daha komfortlu şəraitdə film izləyə biləcəyi VIP Lounge yenidən istifadəyə verilib.  

Daha sonra Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşe çıxış edib. Öz çıxışında o Lük Bessonun kino sahəsində qazandığı nailiyyətlər haqda danışıb və Avropanın ən irimiqyaslı blokbasteri olan “Valerian və min planetlər şəhəri” haqda qonaqlara məlumat verib.

"Valerian və min planetlər şəhəri" – mənim çoxdandır gözlədiyim filmdir. O dərəcə də gözləyirdim ki, “Beşinci element” sadəcə məşq, “Lüsi” isə tizer idi”, deyə rejissor dəfələrlə bildirib. Filmdə baş rollarda Kara Delevin və Deyn DeXaan yer alıblar, çəkilişlərdə Klayv Ouen, Tan Xouk, Con Qudman və ifaçı Rihanna da iştirak ediblər.

Qeyd edək ki, film ekranlarda 10 avqust tarixndən etibarən ölkəmizdə yalnız Park Cinema Flame Towers-da təqdim olunan eksklüziv IMAX® formatında nümayiş olunacaq.  










Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi