Rio Ferdinand “Fənərbaxça”da?

rio-ferdinand-fenerbaxcada
Oxunma sayı: 643

“Qafqazinfo”nun verdiyi məlumata görə, “Mançester Yunayted”in 33 yaşli oyunçusu ilə Çinin “Şanxay” və “Quanqzou” klubları da maraqlanıb. “Şanxay” Ferdinand üçün 7.5 milyon avro xərcləməyi düşünsə də, “Fənərbaxça” daha az məbləğ təklif edib. Buna baxmayaraq “Fənərbaxça”nın şansının rəqiblərindən daha çox olduğu bildirilir.

Futbolçunun Çin komandaısna getmək istəmədiyi və Çempionlar Liqasında oynamaq üçün “Fənərbaxça”nı seçmək istədiyi bildirilir.
Qeyd edək ki, 2002-ci ildə MY-nin “Lids”dən 46 milyon dollara transfer etdiyi Ferdinand dünyanın ən bahalı müdafiəçisi statusunu qazanıb.

Ceyhun Əhmədov