“Ritmik mahnıları onun kimi ifa edən yoxdur!”

ritmik-mahnilari-onun-kimi-ifa-eden-yoxdur
Oxunma sayı: 648

Bəstəkar “Qafqazinfo”ya açıqlamasında mahnılardan birinin xalq artisti Aygün Kazımovanın ifasında eşidiləcəyini deyib: “Aygün xanım bu dəfə mənim “Gəl bax gör” adı mahnımı ifa edəcək. Mahnı ritmik üslubdadır və sözləri Leyli İsrafilovaya məxsusdur, aranjemanı isə Hakan Erol edib”. Bəstəkarın sözlərinə görə, bu onların ikinci işbirliyidir: “Aygün Kazımova ilə ilə ilk işbirliyimiz “Alışdırma” mahnısı ilə başladı. Bu mahnının da sözləri Leyli xanıma məxsusdur. Aygün xanım mənim ən çox sevdiyim müğənnilərdəndir. Bu sənətdə ilk addımlarımda Aygün xanım məni çox dəstəkləyib. O, mənim hər iki mahnımı gözəl ifa edib. Ümumiyyətlə, mənim fikrimcə Aygün Kazımova Azərbaycanda ritmik mahnıların ən gözəl ifaçısıdır. Lirik mahnılar da onda yaxşı alınır, amma ritmik-dinamik mahnıları onun kimi ifa edən yoxdur”.

Pərviz Mahmudovun daha bir yeni hitini isə gənc müğənni Leyla Ramazanlı ifa edib. “İsti-isti” adlanan mahnın sözləri Arzu Əsədovaya məxsusdur: “İnanıram ki, bu mahnı Leylanın repertuarında ayri bir yer tutuacaq. Çünki “İsti-isti” onun repertuarında fərqlidir. Bu bəstəm də ritmikdir. Mahnı diapazonludur və Leyla bunun öhdəsindən gələrək gözəl ifa etdi”.