RİTN-in şöbə müdiri kibercinayətkarlığa qarşı beynəlxalq konfransda iştirak edib

ritn-in-sobe-mudiri-kibercinayetkarliga-qarsi-beynelxalq-konfransda-istirak-edib
Oxunma sayı: 644

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Avropa Şurası və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının dəstəyi ilə təşkil olunmuş konfrans iştirakçıları kibercinayətkarlıqla mübarizə sahəsində effektiv tədbirlər, eləcə də bu istiqamətdə “Şərq tərəfdaşlığı” proqramına üzv-ölkələr arasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetiriblər.

Tədbirdə Estoniya tərəfi kibertəhlükəsizliyin təmin olunması sahəsində öz təcrübəsi ilə bölüşüb. Avropa Şurasının ekspertləri tərəfindən isə kibertəhlükəsizliklə mübarizə mövzusunda təqdimatlar nümayiş etdirilib.

Həmçinin konfransa toplaşan iştirakçılar şəbəkədə törədilən cinayətlərlə mübarizə və elektron sübutlar sahələrində strateji prioritetlər üzrə fikir mübadiləsi aparıb, kiberhücumlara qarşı mübarizə strategiyasının formalaşdırılması və kibertəhlükəsizliyin təmin olunması üçün beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nigar Məmmədli