Riyad Əliyevə 30 sutka verildi - Polisə yumruq vurub

Riyad Əliyevə 30 sutka verildi
Oxunma sayı: 9491

Bir neçə gün öncə Bakıxanov qəsəbəsində Yol Patrul Xidməti əməkdaşları tərəfindən içərisində Riyad Əliyevin olduğu “Mercedes S-65 AMGL” avtomobili saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Haqqin.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Avtomobilin şüşələrinin qanunla qadağan olunmuş “plyonkalı” olması polislərin diqqətindən qaçmayıb. Hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri sürücüdən sənədlərini təqdim etməyi tələb etdiyi halda, maşından düşən sərnişin polislə mübahisə etməyə və qanuni tələblərə müqavimət göstərməyə başlayıb. Həmin şəxs yol polisi əməkdaşına yumruq zərbəsi də vurub.

Daha sonra sərnişinin R. Əliyev olduğu məlum olub.

R.Əliyevin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Yasamal Rayon Məhkəməsinə göndərilib. Bu gün məhkəmə qərarına əsasən ona 30 sutka inzibati həbs verilib.

Qeyd edək ki, həbs olunan R.Əliyev Azərbaycan prezidenti İlham Əliyevin əmisi nəvəsidir.

"Qafqazinfo" xatırladır ki, R.Əliyevin atası İlqar Əliyevə məxsus və həbs olunan sözügedən oğlunun adını daşıyan "Riyad" təhlükəsizlik xidmətinin ötən ilin ortalarında şəhərdə fəaliyyət göstərən marketlərin birinə qanunsuz basqın etdiyi üçün 20 əməkdaşı barəsində həbs qərarı verilmiş, həmin şirkət isə ləğv edilmişdi.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev dəfələrlə vəzifəli şəxslərin övladlarının nizam-intizama riayət etməsinin vacib olduğunu vurğulayıb. Prezident xüsusilə avtomobillərin "plyonkalı" idarə edilməsinə qarşı barışmaz mövqe göstərir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi