“Riyad”da yanğın söndürüldü - Xəsarət alanlar var + Yenilənib

riyadda-yangin-sonduruldu
Oxunma sayı: 9333

Bakı-Sumqayıt yolunun kənarında - Xırdalan şəhərində yerləşən “Riyad” Ticarət Mərkəzində güclü yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb edilib.

Güclü külək olduğu üçün yanğının miqysaı da genişlənir.

Yanğının səbəbi bilinmir.

***

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri alovun yayılmasının qarşısı alıb və yanğını söndürüblər.

Yanğının ticarət mərkəzindəki mebel dükanının anbarından başladığı bildirilir.

Sosial şəbəkə istifadəçiləri hadisə yerindən foto və videolar paylaşıblar.

***

Hadisə ilə bağlı FHN-dən bildirilib ki, ticarət mərkəzi ərazisindəki mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.