Robben “Qalatasaray”a gələcək?

robben-qalatasaraya-gelecek
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, Götzenin “Bavariya”ya gəlməsi “Aryen Robbenin də “Qalatasaray”a gəlişini sürətləndirə bilər. Çünki hazırda Robbenlə ən çox maraqlanan klub məhz “Qalatasaray”dır. Həm də Robbenlə Götze eyni cinahın futbolçularıdır. Buna görə də yeni mövsümdən etibarən hollandiyalı futbolçunun kifayət qədər oynaya bilməsi sual altında ola bilər.

Bütün bu faktlartı nəzərə alan “Qalatasaray” rəhbərliyi Robben məsələsini daha da ciddi şəkildə gündəmə gətirməyi planlaşdırır.

İqbal