Robert Sekuta Salyandakı Cümə məscidində - Foto

robert-sekuta-salyandaki-cume-mescidinde
Oxunma sayı: 1364

ABŞ-ın Azərbaycandakı səfiri Robert  Sekuta Salyan rayonuna səfər edib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, səfir Salyan rayonunun Mərkəzi Kitabxanasında yerləşən Amerika Güşəsinə baş çəkib. Orada səfir ingilis dili və təhsil proqramlarında iştirak edən və ABŞ-da təhsil ilə maraqlanan şagirdlərlə görüşüb.

Səfər çərçivəsində R.Sekuta Salyan rayonunun İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla görüşüb, onunla rayonun iqtisadi və kənd təsərrüfatının inkişafını müzakirə edib.

Robert Sekuta  və onun həyat yoldaşı həmçinin, tarixi Cümə məscidinə baş çəkiblər.