Roberto Karlos prezident olacağını açıqladı

roberto-karlos-prezident-olacagini-aciqladi
Oxunma sayı: 652

Qol.Az-ın məlumatına görə, bu sözləri “Anji”nin braziliyalı müdafiəçisi Roberto Karlos deyib.

Ulduz futbolçu “Anji”yə prezident seçildikdən sonra güclü komanda yaradacağını bildirib:

“Birinci dəfədir bu barədə açıqlama verirəm. Ancaq qarşıda hələ iki il var. “Anji”nin prezidenti olduqdan sonra güclü komanda yaradacam və burada bir neçə braziliyalı futbolçu çıxış edəcək”.

Qeyd edək ki, Karlos qış transfer “pəncərəsi”ndə “Anji”yə transfer olunub və 2,5 illik müqaviləyə imza atıb.